EN

Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın paytaxı Kiyev şəhərinin Qolosiyevski rayonunda naməlum silahlı şəxs insanlara atəş açıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

Şəhər meri Vitali Kliçko özünün Telegram kanalında atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.

"Atəş açan və hazırda supermarketdə olan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir. İlkin məlumata görə, supermarketin içərisində də silah səsləri eşidilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb və bir neçə nəfər ölüb", - deyə mer bildirib. Onun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə qısa müddət sonra bildirib ki, cinayətkar 1968-ci il təvəllüdlü Dmitri Vasilçenkov olub. Nazirin sözlərinə görə, silahlı şəxs supermarketdə zərərsizləşdirilib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
baku.ws

3Sources