EN

Traktora qoşulan texnika 25 yaşlı gəncin ölümünə səbəb oldu

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ağdamda bədbəxt hadisə nəticəsində 25 yaşlı gənc oğlan həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
4
qafqazinfo.az

5Sources