EN

İranda internetin susduğu 50 gün

Modern.az saytına istinadən ain.az xəbər verir.

İranda internetə çıxışın kəsilməsi 50 gündür davam edir.

Modern.az-ın məlumatına görə, bu barədə beynəlxalq monitorinq xidməti "NetBlocks" açıqlama yayıb.

Bildirilib ki, İran artıq yeddi həftədir qlobal internet şəbəkəsindən təcrid olunub. Rəqəmsal blokadanın 50-ci günə, yəni ümumilikdə 1 176 saata çatdığı qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu proses nəticəsində İranın Ali rəhbəri Əli Xamenei ilə yanaşı, bir sıra yüksək vəzifəli şəxslər həlak olub. Bundan sonra İran yalnız İsrailə deyil, həmçinin ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 11-də İran və ABŞ arasında İslamabadda bir neçə danışıqlar mərhələsi keçirilib. İran nümayəndə heyətinə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Sonradan Tehran və Vaşinqtondan verilən açıqlamalarda bildirilib ki, tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı ortaq razılıq əldə edə bilməyiblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
6
modern.az

9Sources