EN

Xırdalanda azyaşlı avtoqəzada öldü

BAKI, 18 aprel. TELEQRAF

Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 27-ci məhəllə ərazisində qeydə alınıb.

Məlumata görə, yolu qarşı tərəfə keçmək istəyən 9 yaşlı uşaq hərəkətdə olan “Toyota” markalı minik avtomobilinin vurması nəticəsində ağır xəsarət alıb.

Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi üzrə araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Chosen
38
2
teleqraf.com

1Sources