EN

İldırım zamanı açıq ərazilərdə qalmaq son dərəcə təhlükəlidir Mütəxəssis

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Metal əşyalardan uzaq durmaq və mobil telefonlardan açıq sahədə istifadə etməmək tövsiyə olunur

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda baş verən faciəvi hadisə nəticəsində iki uşaq həyatını itirib, bir uşaq isə ağır yaralanıb.

Hadisə səhər saatlarında ibtidai məktəbin həyətində qeydə alınıb. Güclü yağış və ildırım çaxması zamanı ildırım məktəbin həyətində yerləşən ağaca düşüb.

Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və daha bir uşaq ciddi xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralıları dərhal xəstəxanaya çatdırıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Serkan Yıldırım və Kasım Yıldırım həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada müalicəsi davam edən digər uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həyatını itirən Serkan və Kasım Yıldırım əmioğludurlar.

Hadisə bölgədə böyük kədərə səbəb olub.

Son günlər dünyada müşahidə olunan güclü yağışlar, ildırım və şimşək hadisələri təkcə uzaq ölkələrdə deyil, Azərbaycanda da tez-tez qeydə alınır. Xüsusilə yaz-yay mövsümündə atmosfer proseslərinin aktivləşməsi nəticəsində ildırım çaxmaları həm insan həyatı, həm də infrastruktur üçün ciddi risklər yaradır. Bəs belə hava şəraitində özümüzü necə qorumalıyıq?

Mütəxəssislər bildirirlər ki, ildırım zamanı açıq ərazilərdə qalmaq son dərəcə təhlükəlidir. Elektrik yüklərinin ən qısa yolu seçməsi səbəbindən hündür obyektlər, tək ağaclar və açıq sahədə olan insanlar daha çox risk altına düşür. Buna görə də ildırım çaxarkən mümkün qədər qapalı məkanlara sığınmaq, metal əşyalardan uzaq durmaq və mobil telefonlardan açıq sahədə istifadə etməmək tövsiyə olunur.

Azərbaycanda bu sahə üzrə mütəxəssislər də oxşar xəbərdarlıqlar edir. Məsələn, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri qeyd edir ki, ildırım zamanı çimərlikdə, dağlıq ərazilərdə və açıq sahələrdə olmaq xüsusilə təhlükəlidir. Onların sözlərinə görə, avtomobil içi nisbətən təhlükəsiz hesab olunsa da, elektrik ötürücü xətlərdən və ağaclardan uzaq dayanmaq vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
sherg.az

1Sources