EN

Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…



Livanda cümə axşamı gecə yarısı başlayan 10 günlük müvəqqəti atəşkəs pozulub. Fransa Prezidenti Emmanuel Makron Livandakı Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrində (UNIFIL) xidmət edən Fransa kontingentinə hücum edildiyini açıqladı.

Makron bildirib ki, bu səhər baş verən hücumda Montaubandakı 17-ci Paraşüt Mühəndisliyi Alayının baş çavuşu Florian Montorio ölüb və üç yoldaşı yaralanaraq təxliyə edilib.

Makron fransız əsgərinin ölümünə görə Hizbullahı günahlandırıb.

Bu arada, İsrail ordusu 10 günlük müvəqqəti atəşkəsə baxmayaraq, Livanın cənubunu hədəf aldığını rəsmən təsdiqləyib. Ordunun açıqlamasında Hizbullah üzvlərinin "Sarı Xətt" kimi tanınan əraziyə yaxınlaşdığı və İsrail əsgərləri üçün təhlükə yaratdığı iddia edilir. Məhz bundan sonra İsrail qüvvələrini dəstəkləmək üçün artilleriya atəşi və hava hücumlarının həyata keçirildiyi bildirilir.

Tahir TAĞIYEV

Chosen
11
baki-xeber.com

1Sources