ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp Hörmüz boğazına tətbiq olunan blokadaya toxunaraq bildirib: “Saziş imzalandıqdan sonra blokada aradan qaldırılacaq”. O, həmçinin ABŞ və İran arasında danışıqların davam etdiyini və həftəsonu boyunca sürəcəyini qeyd edib.
Tramp mətbuat nümayəndələrinin suallarını cavablandırarkən mümkün fikir ayrılıqlarına da münasibət bildirib: “İxtilaflar ola bilər. Görək nə olacaq. Əgər varsa, onları həll etməliyik. Amma ciddi fikir ayrılıqlarının olduğunu düşünmürəm”.
Bununla yanaşı, Reuters agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi iki ölkə arasında hələ də əhəmiyyətli fikir ayrılıqlarının qaldığını vurğulayıb.
ABŞ prezidenti CBS News-a telefon müsahibəsində isə Vaşinqtonla Tehran arasında razılaşmaya çox yaxın olduqlarını deyib. Onun sözlərinə görə, İran əsas məsələlər üzrə razılığa gəlib və zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı ABŞ ilə əməkdaşlıq etməyə hazırdır.
Aytən Yaşar/ Turkustan.az