EN

Kiyevin mərkəzində insanlara atəş açılıb, ölənlər və yaralananlar var

Aprelin 18-də naməlum şəxs Kiyevin mərkəzi rayonunda insanlara atəş açıb. Hadisə nəticəsində ölənlər və yaralılar var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

"Qolosevski rayonunda naməlum şəxs insanlara atəş açıb. Ölənlər və xəsarət alanların sayı müəyyənləşdirilir", - deyə məlumatda bildirilir.

Polis və xüsusi təyinatlılar cinayətkarı tutmaq üçün xüsusi əməliyyat keçirir. Polis hadisə ilə bağlı məlumatların yenilənəcəyini qeyd edib.

Kiyev şəhər meri Vitali Kliçko isə “Teleqram” səhifəsində bildirib ki, Qoloseyevski rayonunda yaralananlar arasında bir uşaq da var və bir neçə ölüm faktı qeydə alınıb.

"Qolosevski rayonunda küçədə yaralananlar arasında bir uşaq da var. Tibb işçiləri onu xəstəxanaya aparırlar", - deyə Kliçko yazıb.

Onun sözlərinə görə, hazırda atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir.

Chosen
3
2
xezerxeber.az

10Sources