Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün "Qarabağ" premyer-liqanın 28-ci turunda "Sabah"ı qəbul edir.Bilindiyi kimi, ağdamlılar bu matçda xal itirsə, çempionluq arzusuyla böyük ölçüdə vidalaşacaq. Odu ki, meydan sahibləri oyunun keçirildiyi "Tofiq Bəhramov"a daha çox azarkeş cəlb etmək məqsədilə iki önəmli addım atıb. Belə ki, xanımlar və stadiona "Qarabağ" formasıyla gələnlər üçün biletlər pulsuzdu. "Football-plus.az"ın məlumatına görə, oyunun başlayacağı vaxta cəmi 30 dəqiqə qalıb. Stadionun qapıları 90 dəqiqə əvvəl azarkeşlər üçün açılıb. Hazırda "Gənclik" metrostansiyanın çıxışında və stadionun önündə izdiham müşahidə olunur. Yüzlərlə azarkeş kassalardan bilet almağa çalışır. Bileti olanlar isə tribunalara buraxılır. Bəzi xanımlar və stadiona "köhlən atlar"ın formasıyla gələnlər isə həddən artıq uzun növbələrə görə bilet almağa məcbur qalır.Təbii ki, irəliləyən dəqiqələrdə daha çox tamaşaçının stadiona gələcəyi gözlənilir.Sonda "Bəhramov"dan çəkilən şəkilləri diqqətinizə çatdırırıq.






KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.