EN

İran Təhlükəsizlik Şurasından Hörmüz boğazı ilə bağlı VACİB AÇIQLAMA

İran hərbi əməliyyatlar tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazından gəmilərin keçidinə nəzarət edəcək.
 
Moderator.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında belə deyilir.
 
"Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazaları üçün avadanlıqların böyük bir hissəsinin Hörmüz boğazından keçirildiyini nəzərə alsaq, bu, İran və Fars körfəzi bölgəsi üçün milli təhlükəsizliyə təhdid yaradır. İran müharibə tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət etməkdə qərarlıdır", - agentlik sənəddən sitat gətirib.
Chosen
22
1
moderator.az

2Sources