EN

"Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR

Bu gün "Qarabağ" premyer-liqanın 28-ci turunda "Sabah"ı qəbul edir.

Bilindiyi kimi, ağdamlılar bu matçda xal itirsə, çempionluq arzusuyla böyük ölçüdə vidalaşacaqlar. Odu ki, meydan sahibləri oyunun keçirildiyi "Tofiq Bəhramov"a daha çox azarkeş cəlb etmək məqsədilə iki önəmli addım atıb. Belə ki, xanımlara və stadiona "Qarabağ" formasıyla gələnlər üçün biletlər pulsuzdu.

"Football-plus.az"ın məlumatına görə, oyunun başlayacağı vaxta cəmi 1 saat 30 dəqiqə qalıb.

Stadionun qapıları yarım saat əvvəl azarkeşlər üçün açılıb. Hazırda "Gənclik" metrostansiyanın çıxışında və stadionun önündə izdiham müşahidə olunur. Yüzlərlə azarkeş kassalardan bilet almağa çalışır. Bileti olanlar isə tribunalara buraxılır. Bəzi xanımlar və stadiona "köhlən atlar"ın formasıyla gələnlər isə həddən artıq uzun növbələrə görə bilet almağa məcbur qalır.

Təbii ki, irəliləyən dəqiqələrdə daha çox tamaşaçının stadiona axın edəcəyi gözlənilir.

Sonda stadionun ətrafından çəkilən şəkilləri diqqətinizə çatdırırıq.










KƏNAN BAHADIR
Chosen
7
1
football-plus.az

2Sources