Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Canni İnfantino 2026-cı il dünya çempionatının biletlərinin yüksək qiymətini FIFA üçün bunun yeganə gəlir mənbəyi olması ilə izah edib.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının rəhbəri bu barədə açıqlama verib.
Aprel ayında FIFA DÇ-2026-nın final oyunu üçün bilet qiymətlərini artırıb. Ən bahalı biletlərin qiyməti əvvəlki 8 680 dollardan (təxminən 14 756 manat) 10 990 dollara (təxminən 18 683 manat) yüksəlib. Həmçinin ikinci kateqoriya biletlər 7 380 dollar (təxminən 12 546 manat), üçüncü kateqoriya biletlər isə 5 785 dollar (təxminən 9 835 manat) təşkil edir.
FIFA ABŞ-ın 11 şəhərində, eləcə də Meksikanın üç və Kanadanın iki şəhərində keçiriləcək turnir üçün dinamik qiymət siyasətindən istifadə edir.
“FIFA-nın əsas və hələlik yeganə gəlir mənbəyi futbol üzrə dünya çempionatıdır. Biz gəliri bir ay ərzində əldə edirik, növbəti 47 ay ərzində – növbəti mundiala qədər isə bu vəsaiti xərcləyirik”, - deyə Infantino bildirib.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.