Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.BUTA.TVReport-a istinadla xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib. İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb.