Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.