EN

"Bunun komandaya mənfi təsir etdiyinə inanmıram" - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" üçün hər matç finala bərabərdir və motivasiyaları çox yüksəkdir. Oyun əslində bizim nəzarətimizdə idi, dominantlıq edirdik, lakin qol vura bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"ın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Karvan-Yevlax"la baş tutan matçdan (0:1) sonra bildirib. Mütəxəssis rəqibin əzmkarlığını qeyd etməklə yanaşı, komandasının problemindən də söz açıb:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" üçün hər matç finala bərabərdir və motivasiyaları çox yüksəkdir. Oyun əslində bizim nəzarətimizdə idi, dominantlıq edirdik, lakin qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı kifayət etmədi, üzərlərində daha çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə sona qədər vuruşmaq və hücum etmək müsbət göstəricidir. Turnir cədvəlində irəliləmək istəyirdik, amma bu dəfə alınmadı".

A.Abbasov iki fərqli hissə və hava şəraitinin oyuna təsiri barədə danışıb:

"Havanın isti olması tempin yüksəlməsinə imkan vermirdi. Rəqib də təbii olaraq oyunun sürətlənməsini istəmirdi. İkinci hissədə hücumameyilli oyunçuları meydana buraxaraq dəyişikliklər etdik, rəqibi təzyiq altında saxladıq, lakin bu da yetərli olmadı. Əslində, ilk hissədə də üç real qol vəziyyətimiz var idi, sadəcə dəyərləndirə bilmədik".

Baş məşqçi komandanın elitada qalmağı təmin etməsindən sonra yaranan "motivasiya azlığı" və öz gələcək taleyi ilə bağlı suallara da münasibət bildirib:

"Motivasiya baxımdan heç bir problemimiz yoxdur. Belə olsaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər, xüsusən gənclərin yaxşı epizodları oldu. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi. 

Mənim ayrılacağımla bağlı açıqlamalarıma gəlincə, bunun komandaya mənfi təsir etdiyinə inanmıram. Əksinə, mövsümün sonu yaxınlaşdığı üçün müqaviləsi bitən futbolçular özlərini daha yaxşı göstərməyə çalışmalıdırlar. Məğlub olanda çox suallar ortaya çıxır".

Chosen
32
1
teleqraf.com

2Sources