EN

Dünya İran müharibəsinə görə nələri itirdi?

Təxminən 50 gün əvvəl İrana qarşı başlayan müharibə nəticəsində hasil olunmayan neftə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib və böhranın nəticələri aylarla, hətta illərlə hiss olunacaq.

Publika.az xəbər verir ki, analitiklərin hesablamaları və “Reuters” agentliyinin məlumatları bunu göstərir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanda əldə olunmuş atəşkəs razılaşmasından sonra Hörmüz boğazı açıqdır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp isə İranla müharibənin dayandırılması barədə razılaşmanın “yaxın vaxtlarda” əldə olunacağını düşündüyünü deyib, lakin konkret müddətlər hələ məlum deyil.

“Kpler” şirkətinin məlumatına görə, fevralın sonundan başlayan böhran dövründə dünya bazarından 500 milyon bareldən çox neft və kondensat çıxarılıb. Bu, müasir tarixdə enerji təchizatında ən böyük pozuntudur.

“Wood Mackenzie” şirkətinin baş analitiki İen Moyat bildirib ki, bazardan 500 milyon barel neftin çıxması qlobal miqyasda aviasiya daşımalarına tələbatın 10 həftə azalmasına, bütün dünyada avtomobil səfərlərinin 11 gün tam dayandırılmasına və qlobal iqtisadiyyata neft tədarükünün 5 gün ərzində olmamasına bərabərdir.

Chosen
3
4
publika.az

10Sources