EN

Baş verənlərə təsir edə bilmərik!

UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Jozef Kliment Rusiya klublarının və milli komandasının beynəlxalq yarışlara qayıtması ehtimalına münasibət bildirib.

Publika.az xəbər verir ki, Kliment bu barədə “ua.tribuna.com” saytına verdiyi müsahibədə bildirib.

“Hamımız mahiyyət etibarilə futbol ailəsinin bir hissəsiyik. İstərdik ki, bütün ölkələr, uşaqlar və futbol oynamaq istəyən hər kəs bir-biri ilə görüşmək və oynamaq imkanına malik olsun. Amma biz mövcud vəziyyəti də başa düşürük.

Buna görə də, ümid edirik ki, müharibə ən qısa müddətdə başa çatacaq və bundan sonra həmin ölkədə futbolu daha da inkişaf etdirmək mümkün olacaq. Lakin baş verənlərə təsir edə bilmərik. Gözləyib hadisələrin necə inkişaf edəcəyini görməliyik. Vəziyyət imkan verdikdə, əlbəttə ki, Ukraynada futbolu inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik və lazımi təşəbbüsləri dəstəkləyəcəyik”.

Chosen
44
publika.az

1Sources