EN

Cevdet Yılmaz: Ermənistan–Azərbaycan arasında əldə olunacaq sülh Cənubi Qafqaz üçün fürsət olacaq

Ermənistan–Azərbaycan arasında əldə olunacaq sülh Cənubi Qafqaz və region üçün fürsət olacaq

“Ermənistanla Azərbaycan arasında əldə olunan sülh təkcə Cənubi Qafqaza deyil, bütövlükdə regiona və hətta qlobal səviyyəyə ciddi töhfələr verəcək”.

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz bunu APA-nın Türkiyə bürosuna açıqlamasında deyib.

O bildirib ki, yaranmış müsbət siyasi atmosferdən ən yüksək səviyyədə bəhrəkənmək lazımdır.

“Ümid edirik ki, son mərhələlər də tamamlanacaq və bu sülhün davamlı şəkildə həyata keçdiyini hamımız birlikdə görəcəyik. Hazırda müəyyən bir siyasi atmosfer formalaşıb. Sülhün tam şəkildə təmin olunması ilə Cənubi Qafqaz tamamilə yeni bir mühitə qovuşacaq. Beləliklə, hər kəs qazanacaq. Qarabağ artıq Azərbaycanın bir hissəsi kimi yenidən qurulur. Bu istiqamətdə böyük investisiyalar qoyulub, çox işlər görülüb. Bunlar hamımız üçün önəmlidir və proses hələ də davam edir. Orada artıq xeyli irəliləyiş əldə olunub.

Türkiyə də, Azərbaycan da, Ermənistan da, ümumilikdə Cənubi Qafqaz regionu da bundan fayda əldə edəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi çox böyük əhəmiyyət daşıyır. Bu sülhlə birlikdə Azərbaycan ilə Türkiyə arasındakı əlaqə daha da güclənəcək. Eyni zamanda Avropa ilə Asiya arasındakı əlaqə də möhkəmlənəcək”.

Chosen
19
10
apa.az

10Sources