EN

"Neftçi"nin baş məşqçisi Viktor Boldaryev: "Voleybolçularımız xarakter göstərdilər"

Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasının üçüncü yer uğrunda oyununda xarakter nümayiş etdirib.

Bu barədə "Far.Az"a "ağ-qaralar"ın baş məşqçisi Viktor Boldaryev açıqlama verib.

Mütəxəssis "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:

"Qələbə qazandığımız üçün sevinirik. Adımızı medalçılar sırasına yazdıra bildik. Oyunçular xarakter nümayiş etdirdilər və güclü rəqiblə dueldən qalib ayrıldılar".

O, finala vəsiqə qazana bilməmələrinin səbəbini də açıqlayıb: "Bu, bizim kadr problemi ilə bağlı idi. Voleybol tarixində çox nadir hallarda rast gəlinən hadisə baş verdi. Pley-off oyunlarına 3-4 gün qalmış iki aparıcı voleybolçumuz zədələndi. Bu isə komandaya təsir etmişdi".

Baş məşqçi növbəti mövsümdəki hədəflər və komandadakı taleyi ilə bağlı danışmaq istəməyib.

Chosen
31
1
far.az

2Sources