EN

Türkiyədə növbəti faciə: iki şagird həlak oldu

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Həyatını itirən uşaqlar əmioğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
10
globalinfo.az

10Sources