EN

Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər İran XİN

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.

Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.

"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və təhlükəsizlik məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.

Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
8
redaktor.az

9Sources