ain.az, Azpost portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.
Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.
Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.
Sənəd Hakan Fidan və Sergey Lavrov tərəfindən imzalanıb.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.