EN

Şahmat dünyasının yeni lideri türksoylu ola bilər

ain.az bildirir, Gununsesi portalına istinadən.

Şahmat dünyasının yeni liderliyi gənc bir türkə keçə bilər.

Gununsesi.info xəbər verir ki, şahmatın yeni liderliyinə namizəd Türk Dövlətlər Təşkilatının üzvü, qədim türk diyarı Özbəkistandan olan 20 yaşlı Cavaxir Sindarovdur.

O, hər iki ildən bir keçirilən əsas şahmat turnirlərindən birində – “Namizədlər Turniri”ndə sona bir raund qalmış böyük fərqlə qalib gəlib.

Qələbəsi ilə Sindarov hazırkı dünya çempionu, Hindistandan olan 19 yaşlı Qukeş Dommaraju ilə qarşılaşmaq hüququ qazanıb.

Norveç şahmatçısı, 5 qat dünya çempionu, qreysmaster Maqnus Karlsen də Sindarovun çıxışını yüksək qiymətləndirərək, onun heç vaxt belə möhtəşəm turnir keçirmədiyini söyləyib.

Qeyd edək ki, 2026-cı ildə şahmat üzrə klassik dünya çempionatı matçının dəqiq tarixi və yeri FIDE tərəfindən hələ rəsmən açıqlanmayıb. Lakin şahmat təqviminə əsasən, bəzi məlumatlar mövcuddur. Belə ki, 2026-cı ildən etibarən şahmat üzrə yeni dünya çempionatı formatı tətbiq olunacaq. Bu format dörd turniri (klassik, blits və sürətli) əhatə edəcək və ümumi mükafat fondu 3 milyon dollara yaxın olacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
icma.az

1Sources