EN

Türk dünyasının “Ailə Məclisi” Antalyada toplanır: Bu məsələlər MÜZAKİRƏ EDİLƏCƏK

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, regional və qlobal proseslər müzakirə olunacaq.

Toplantının əsas gündəmində Qəzza və İranla bağlı son hadisələr, eləcə də bölgədəki təhlükəsizlik və siyasi vəziyyət yer alır. İştirakçı ölkələrin ortaq mövqe formalaşdırması və xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi hədəflənir.

Görüşdə Türkiyə ilə yanaşı, sədr ölkə Azərbaycan, həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələri iştirak edəcək.

Rəsmi məlumatlara görə, bu toplantı TDT çərçivəsində son dövrlərdə intensivləşən yüksək səviyyəli təmasların davamıdır. Antalyadakı görüşün əvvəlki qərarlar və birgə bəyanatlar fonunda Türk dövlətləri arasında həmrəyliyi daha da gücləndirməsi gözlənilir.

Eyni zamanda, Türkiyənin ilin ikinci yarısında TDT sədrliyini üzərinə götürməsi ilə bağlı proseslər də gündəmdə olacaq.

Chosen
17
day.az

1Sources