BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin qeyd edilib ki, coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi gündəmdədir və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verəcəyinə əminlik ifadə edilib.