EN

Ermənistana idxal edilən məhsulların həcmi açıqlanıb

2025-ci ilin noyabrı ayından 2026-cı il aprelin 15-dək Qazaxıstandan və Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana 26 min 295 ton məhsul idxal edilib, Azərbaycandan isə Gürcüstan vasitəsilə 9 min 337 ton yanacaq daşınıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin və İqtisadiyyat nazirliyinin verdiyi açıqlamada belə deyilir. 

Hər iki qurumdan bildirilib ki, regionda əməkdaşlıq və sülhün qurulmasının nəticələri artıq hiss olunur və bu, iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

Ermənistan Gömrük Xidmətinin məlumatına görə, Ermənistana dəmir yolu ilə Azərbaycan ərazisindən tranzit qaydasında ilk dəfə mallar 2025-ci il noyabrın 6-da daxil olub.Rusiyadan və Qazaxıstandan 24 min 865 ton buğda, 1362 ton gübrə, 68 ton qarabaşaq yarması idxal edilib.

Chosen
24
cebheinfo.az

1Sources