EN

Siyəzəndə torpaq sürüşməsi: Körpü uçdu - FOTOLAR

Siyəzəndə torpaq sürüşməsi baş verib.

“Yeni Sabah” xəbərinə görə, rayonun Məşrif kəndinə gedən yolun üzərində yerləşən körpü təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb .

Bu hal kənd sakinlərinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsinə ciddi çətinliklər yaradıb.

Kənd sakinlərinin müraciəti əsasında əraziyə baxış keçirilib, mövcud vəziyyət yerində araşdırılıb və müvafiq qeydlər aparılıb. Məsələnin aradan qaldırılması və körpünün bərpası istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət olunacağı bildirilib.

Qeyd edək ki, analoji hal rayonun Sədan kəndi ərazisində də yaşanıb. Aprelin 9-da kəndin ərazisində torpaq sürüşməsi olub, yarğanlar əmələ gəlib. Hazırda ərazi nəzarətdə saxlanılır, sürüşmə proseslərinin dinamikası izlənilir və mütəmadi monitorinqlər aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
19
3
yenisabah.az

4Sources