EN

Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - Yenilənib 

Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb...

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

"Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - məlumatda qeyd olunub.

***

Şəmkirdə yanğın qeydə alınıb.

Poliqon xəbər verir ki, hadisə Şəmkir şəhərinin Zaur Sarıyev küçəsində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbdə baş verib.

Belə ki, ümumi sahəsi 950 kv metrə yaxın olan ikimərtəbəli tam orta məktəbdə qəfil yanğın başlayıb.

Dərhal hadisə  yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində orta məktəbin kompüter otağında 30-a yaxın kompüterdən 7-si yanıb.

Ümumilikdə 950 kv metr sahəsi olan məktəbin 55  kv metri sahəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə  edilib.

Xatırladaq ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır. (Unikal.az)

Poliqon.info

Chosen
20
4
poliqon.info

8Sources