EN

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub - FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, xarici işlər və mühacirlər naziri Şaya Möhsin Zindani ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər siyasi dialoqu və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.

Həmçinin görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

"Cebheinfo.az"

Chosen
6
9
cebheinfo.az

10Sources