EN

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, xarici işlər və mühacirlər naziri Şaya Möhsin Zindani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər siyasi dialoqu və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər. 

Həmçinin görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

222
Chosen
25
9
redaktor.az

10Sources