MilliYol.az xəbər verir ki, tədbirdə müəllifin poeziya və musiqinin incə ahəngini özündə birləşdirən "ADAGİO" adlı şeirlər kitabından şeirlər səsləndiriləcək.
Görüş 18 aprel saat 15:00-da "Park Bulvar"da baş tutacaq. Tədbirə giriş sərbəstdir və bütün poeziya, ədəbiyyat həvəskarları dəvətlidir.
