EN

Əfsanəvi idmançı öldü

Əfsanəvi braziliyalı basketbolçu Oskar Şmidt cümə günü, 17 apreldə 68 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “TMC Esporte” məlumat yayıb.

2011-ci ildə ona beyin xərçəngi diaqnozu qoyulmuşdu. Keçmiş idmançı son vaxtlar ciddi sağlamlıq problemləri ilə üzləşmişdi və daim tibbi müşahidə altında idi.

Şmidt tarixin ən böyük snayperlərindən biri idi. O, peşəkar karyerasında 49.000-dən çox xal toplayaraq, yalnız Lebron Ceymsdən sonra ikinci yeri tutur.

Braziliyalı hələ də Olimpiadada ən çox xal toplama rekorduna (1093) sahibdir.

Chosen
8
publika.az

1Sources