EN

İran hava sahəsində uçuşlar qismən bərpa olunur

İran Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanının bir hissəsinin uçuşlara açıldığını açıqlayıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, qərar bu gün yerli vaxtla saat 07:00-dan etibarən qüvvəyə minib və hava məkanının bəzi zonaları beynəlxalq uçuşlar üçün istifadəyə verilib.

Rəsmi məlumata görə, İranın şərq hissəsindəki hava məkanı hazırda beynəlxalq reyslər üçün açıqdır.

Digər bölgələrdə isə uçuşların mərhələli şəkildə bərpası üçün hazırlıq işləri aparılır və daxili reyslərin də tədricən həyata keçirilməsi planlaşdırılır.

Qurumdan verilən açıqlamada hava nəqliyyatının tam normallaşmasının texniki və təhlükəsizlik tədbirlərindən sonra mümkün olacağı vurğulanıb.

Chosen
25
day.az

1Sources