EN

Bu qida ürək üçün təhlükəlidir

Kardioloq Aurelio Rojas bildirib ki, bir çoxları tərəfindən zərərsiz hesab edilən, lakin əslində geniş istifadə olunan bəzi qidalar ürək sağlamlığına mənfi təsir göstərə bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatı "El Confidensial" yayıb.Rojasın sözlərinə görə, bu məhsulların tərkibi çox vaxt diqqətdən qaçırılır:

“Ketçupun tərkibində yüksək miqdarda şəkər və yüksək fruktozalı qarğıdalı siropu olur. 

Bu cür sousların həddindən artıq qəbulu qanda qlükoza və insulin səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Bu isə uzunmüddətli dövrdə orqanizmdə xroniki iltihab proseslərini gücləndirərək ürək-damar sisteminə mənfi təsir göstərir”.

Həkim qeyd edib ki, ketçup “sadəcə pomidor sousu” kimi görünsə də, əslində yüksək şəkər tərkibli məhsuldur. Buna görə onun tamamilə rasiondan çıxarılması mütləq olmasa da, istifadəsinin minimuma endirilməsi tövsiyə edilir.

Oxşar şəkildə bəzi digər hazır souslar, xüsusilə barbekü sousu da tərkibinə görə sağlamlıq üçün risk yarada bilər. Onun fikrincə, ürək sağlamlığı təkcə qidalanmadan deyil, həm də gündəlik həyat tərzindən asılıdır. Oturaq həyat tərzi, hərəkətsizlik və düzgün olmayan qida seçimi ürək xəstəlikləri riskini artıran əsas amillər arasında göstərilir.

Chosen
2
1
cebheinfo.az

2Sources