EN

Nazirdən maraqlı paylaşım: Neftçi yə dəstək, yoxsa eyham? VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Elm və təhsil naziri, “Neftçi” futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, nazirin bu paylaşımı ilə dünən keçirilən “Zirə” – “Neftçi” matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur.

E.Əmrullayev “Neftçi”yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.

Xatırladaq ki, sözügedən oyundan sonra “Neftçi” klubu hakimin qərarına etiraz edib. Klub 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda “Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?” ifadələri yer alıb. Sözügedən epizoda etiraz etdiklərinə görə baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
4
globalinfo.az

5Sources