EN

Rubio və Fərxan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rubio

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərxan ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-i "X" sosial şəbəkəsində məlumat yayıb.

Səudiyyə xarici siyasət idarəsinin bəyanatında qeyd olunur ki, tərəflər regiondakı vəziyyəti, o cümlədən gəmiçiliyin təhlükəsizliyi və Hörmüz boğazından keçidin mümkün açılması məsələlərini müzakirə ediblər.

Livanda atəşkəs rejiminə riayət olunmasına xüsusi diqqət yetirilib. Diplomatlar Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün dialoqun davam etdirilməsinin və diplomatik həll yollarının axtarılmasının vacibliyini vurğulayıblar.

Məryəm Quliyeva

Chosen
32
1
xalqcebhesi.az

2Sources