EN

"Real" "Frayburq"un yarımmüdafiəçisi Joan Manzambi ilə maraqlanır

İspaniyanın "Real" klubu Almaniyanın "Frayburq" komandasında çıxış edən futbolçu Joan Manzambi ilə maraqlanır.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

"Kral-klubu" yayda İsveçrə millisinin üzvü üçün təklif göndərməyə də hazırdır.

Xatırladaq ki, Joan Manzambi cari mövsüm 39 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
30
1
far.az

2Sources