EN

Ukraynadan Rusiyaya ağır cavab – Limanlar və neft zavodları alovlar içində!

Ukrayna ordusu Rusiyanın daxilinə doğru son dövrlərin ən irimiqyaslı PUA hücumunu həyata keçirib.

Musavat.com xəbər verir ki, pilotsuz uçuş aparatlarının əsas hədəfi Rusiyanın bir neçə regionunda yerləşən strateji enerji obyektləri və liman infrastrukturu olub. Hücumlar nəticəsində bir çox nöqtədə güclü yanğınlar başlayıb.

Vısotsk limanı hədəf alınıb. PUA zərbələri nəticəsində liman ərazisində böyük yanğın baş verib, infrastrukturun bir hissəsi sıradan çıxıb.

İki nəhəng müəssisə – Sızran və Novokuybışevsk neft emalı zavodları (NEZ) eyni vaxtda hücuma məruz qalıb. Hər iki zavodun ərazisində yanğınların olduğu bildirilir.

Sevastopol: Şəhərdəki yanacaq çənlərindən biri PUA qalıqlarının düşməsi nəticəsində alovlanıb. Yerli hakimiyyət orqanları yanğının lokallaşdırılması üçün iş aparıldığını elan edib.

Krasnodar diyarı: Tixoretsk şəhərində yerləşən neft bazasında yanğın başlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Hərbi ekspertlər bu kütləvi hücumu Ukraynanın Rusiya iqtisadiyyatının onurğa sütunu sayılan neft-qaz sektoruna qarşı "enerji müharibəsi"nin yeni mərhələsi kimi qiymətləndirirlər. Eyni zamanda, Novorossiyskdə Türkiyə vətəndaşının yaralanması ilə nəticələnən hadisədən sonra Ukraynanın hücum radiusunu genişləndirməsi regionda hərbi gərginliyi maksimuma çatdırıb. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin kütləvi PUA axını qarşısında bəzi nöqtələrdə aciz qalması Kreml daxilində təhlükəsizlik müzakirələrini yenidən alovlandırıb.

Musavat.com

Chosen
25
musavat.com

1Sources