EN

Hacıqabulda 4 kq narkotik vasitə aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kamran Ağayev saxlanılıb.

"Unikal" xəbər verir ki, ondan 4 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, həşiş və marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
5
11
unikal.az

10Sources