EN

Azərbaycanda banka borcunu ödəməyənlər üçün yeni qayda

Bakı. Trend:

İcra məmurlarının hüquqları genişləndiriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirəolunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclununhesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına,banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə,borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyənedilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görəbilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclununəmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredittəşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda vəəmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqasərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borcluhüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağınınolduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydadatədbirlər görə biləcək.

Chosen
20
5
az.trend.az

10Sources