EN

Ukrayna Samarada neft emalı zavoduna zərbə endirdi VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samara vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, Novokuibışevsk şəhərinin şərq və şimal hissələrində partlayışlar müşahidə olunub.

 

Hücumdan sonra şəhər üzərində qalın qara tüstü qalxıb, zavod ərazisində isə yanğın baş verib. İlkin ehtimallara əsasən, zərbə Novokuibışevsk Neft Emalı Zavoduna dəyib.

Müəssisə Rosneft şirkətinə məxsusdur və Volqa bölgəsinin əsas neft emalı obyektlərindən biri hesab olunur.Qeyd olunur ki, zavodun illik emal gücü təxminən 8,8 milyon ton neft təşkil edir. Hadisənin təfərrüatları və mümkün zərərin miqyası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
bizim.media

2Sources