EN

Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət etdi

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonupaytaxtda və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkliolacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yolhərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətliolmağı tələb edir.

Trend xəbərverir ki, bu barədə Baş Dövlər Yol Polisi İdarəsinin əlverişsizhavada yollardakı vəziyyətlə bağlı sürücülərə müraciətində qeydolunub.

Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında ehtimaledilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətlidərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyifəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq,sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqişəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlikqaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.

"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublikaəhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağınıbir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcəksürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürəthəddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkünqədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir", - müraciətdəvurğulanıb.

Chosen
16
29
az.trend.az

10Sources