EN

Türkiyədə 7,5 milyondan çox abunəçisi olan YouTube kanalı bağlandı


7,5 milyondan çox abunəçisi olan "Minecraft Parodies" YouTube kanalı zorakılığa təhrik iddiası ilə bağlanıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbulda aparılan istintaq zamanı kanalın xüsusilə məktəb yaşlı uşaqları hədəf alan videolarının şagirdlərə və müəllimlərə qarşı mənfi davranışlara təşviq edə biləcəyi aşkar olunub.
Bu konteksdə İstanbul Baş Prokurorluğu tərəfindən məzmunun cəmiyyət üçün risk yarada biləcəyi müəyyən edilib.
İstintaq materiallarında “cinayət törətməyə ictimai təhrik” və “cinayəti və cinayətkarı tərifləmək” ittihamlar yer alıb.
İstintaq prosesi zamanı İstanbul Növbətçi Sülh Məhkəməsinin qərarına əsasən bu YouTube kanalının Türkiyədə girişinin bloklanması qərara alınıb.
Chosen
20
4
yeniavaz.com

5Sources