EN

ABŞ-İran: Razılaşma 80 faiz hazırdır

Lakin Pakistanlı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.

ABŞ Prezidenti Donald Tramp isə “Axios”a müsahibəsində deyib ki, Amerika və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər: "İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik".

Daha əvvəl “Axios” müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazmışdı.

Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını deyir. “Xalqımız onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq. Daha sonra isə onu ABŞ-yə gətirəcəyik”, – deyə Amerika lideri CBS-ə bildirib.

Prezident Donald Tramp tərəflər münaqişənin həlli ilə bağlı razılığa gəldikdən dərhal sonra ABŞ-nin İranın dəniz limanlarına tətbiq etdiyi blokadanın dayandırılacağına zəmanət verib.
Chosen
18
1
azvision.az

2Sources