EN

"Neftçi"dən etiraz VİDEOsu

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Zirə" - "Neftçi" qarşılaşması böyük hakim qalmaqalı ilə yadda qalıb. 

Fanat.Az xəbər verir ki, oyunun 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu İbrahim Konatenun vurduğu bərabərlik qolu ciddi etirazlara səbəb olub.

Həmin epizodda "Zirə"nin digər oyunçusu Ruan Renatonun "Neftçi"nin qapıçısının görüş bucağını kəsərək ofsayt mövqeyində olduğu iddia edilsə də, matçın baş hakimi VAR yoxlamasından sonra qolu qüvvədə saxlayıb. Bu qərarla görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Paytaxt təmsilçisi matçdan dərhal sonra sosial media hesablarında həmin epizodun görüntüsünü paylaşaraq hakimliyə eyham vurub. "Ağ-qaralar" paylaşımda "Matçda lal, kar, kor VAR" ifadəsini işlədərək qərarın ədalətsiz olduğunu bildiriblər.
 

Chosen
11
fanat.az

1Sources