EN

Bakının mərkəzində peyda olan qeyri adi işarə... Foto

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Bakının mərkəzi küçələrində peyda olan qeyri-adi işarə maraq doğurub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, xüsusilə müxtəlif obyektlərin qarşısında görünən bu element sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Sözügedən işarə bərbərxana simvolu, yəni beynəlxalq dildə “barber pole” adlanır.

Bir çoxları üçün sadəcə dekorativ element kimi görünən bu işarə əslində yüzilliklərə söykənən bir tarixə malikdir. Qədim dövrlərdə bərbərlər yalnız saç kəsməklə kifayətlənmirdilər. Onlar eyni zamanda kiçik cərrahi prosedurlar, diş çəkimi və hətta qanalma (hacamat) kimi tibbi xidmətlər də göstərirdilər.

Məhz buna görə də bu simvolun rəngləri təsadüfi deyil:

Qırmızı – qanı,

Ağ – sarğı bezlərini,

Mavi – damarları təmsil edir.

Adətən elektriklə işləyən bu qurğuların daxilində fırlanan silindr və xüsusi işıqlandırma sistemi olur. Bu isə uzaqdan belə diqqət çəkməyə və bərbərxananın açıq olduğunu göstərməyə kömək edir.

Qlobal miqyasda bu simvol kişi bərbərxanalarının ən tanınan nişanlarından biri hesab olunur. Paytaxt Bakıda isə son günlərdə populyarlaşmağa başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
4
axar.az

5Sources