EN

İki mərtəbəli ev yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.


Telegram kanalımız
Chosen
22
1
yenisabah.az

2Sources