EN

Türkiyədəki hadisələrə görə bu “Youtube” kanalı bağlandı 7,5 milyon izləyicisi vardı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstanbul Baş Prokurorluğunda 7,5 milyon abunəçisi olan “Minecraft Parodileri” adlı “Youtube” kanalı haqqında istintaq başladılıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addım Kahramanmaraş və Şanlıurfada məktəblərə hücumlarla əlaqəli həyata keçirilən əməliyyatlar çərçivəsində atılıb. 

Belə ki, kanala qarşı “Cinayət törətməyə açıq təhrik etmə” maddəsi və Türkiyə Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə tənzimlənən “Cinayəti və cinayətkarı tərifləmə” əməli üzrə istintaq başladılıb. 

İstintaq çərçivəsində məktəb yaşlı uşaqları digər şagirdlərə və müəllimlərə qarşı zorakılıq məzmunlu hərəkətlər etməyə təşviq, zorakılığa yönəltmə, zorakılıq və cinayət təşkil edən əməllərə haqq verən və bu hərəkətləri bəyənən görüntü ilə söz və bəyanatlara yer verildiyi müəyyən edilib. 

Sözügedən kanala giriş qadağası tətbiq edilib. 

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda, aprelin 15-də isə Kahramanmaraşda təhsil müəssisələrinə hücumlar olub. Hücumlar nəticəsində müəllim və şagirdlər arasında ölən və yaralananlar var. Hər iki halda hücumu törədən məktəblilər sonradan intihar edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
2
qafqazinfo.az

3Sources