EN

Daha bir kruiz gəmisi Fars körfəzindən çıxmağa başladı

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Daha bir kruiz gəmisi (səyahət gəmisi) Hörmüz boğazına doğru hərəkətə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə gəmi hərəkəti məlumatlarına əsasən xəbər verilir.

Bu gün səhər saat 08:50-də Almaniyanın "TUI Cruises" şirkətinə məxsus "Mein Schiff 4" kruiz gəmisi ankordan qalxaraq Hörmüz boğazına doğru yola çıxıb. Daha əvvəl eyni şirkətin "Mein Schiff 5" gəmisi, həmçinin "Celestyal Journey" və "MSC Euberia" gəmiləri həmin istiqamətə üz tutmuşdular.

"Mein Schiff 4"ün marşrut sənədlərində gəmiyə ara limana daxil olub marşrutu dəqiqləşdirməsi nəzərdə tutulub.

Beləliklə, Fars körfəzində yalnız bir böyük kruiz gəmisi – Səudiyyə Ərəbistanına məxsus və ev limanı Dammam olan "Aroya" limanda qalıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
bizimyol.info

1Sources