EN

Tramp ümid edir ki, Si Cinpinqlə görüşü tarixi əhəmiyyətli olacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ümidini bildirib ki, onun Çin Xalq Respublikasının sədri Si Cinpinqlə görüşü tarixi əhəmiyyət daşıyacaq.

Bizimyol.info xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" platformasında yazıb.

“Si Cinpqin Ormuz boğazının açıq olmasından və ya sürətlə açılmaqda olmasından çox məmnundur. Çin səfərimiz xüsusi olacaq və potensial olaraq tarixi əhəmiyyət kəsb edəcək. Mən Si Cinpinqlə görüşü səbirsizliklə gözləyirəm – çox iş görüləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ liderinin Pekin səfəri mayın 14–15-i planlaşdırılıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
bizimyol.info

1Sources